image-1backend

Erməni general müharibə arzusunda: Karapetyan qolu qandallı Bakıya gətirilə bilər

image-reklam_sirab_01

Son günlər bəzi erməni avantürüstləri yenidən müharibə eşqinə düşüblər. Biri-birinin ardınca sərhəddə artan erməni təxribatları onu deməyə əsas verir ki, ermənilər kimlərinsə himayəsi ilə müharibə arzusuna düşüblər.

Elə dünən Ermənistanın baş naziri Nikol Paşinyan  Münhen danışıqlarının nəticələrini, xüsusən də Azərbaycan prezidenti ilə görüşü haqda məlumat verib.

Paşinyan komanda yoldaşlarına eyham vurub ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur, Münhen görüşü sadəcə növbəti görüşdür və heç bir mühüm razılaşma əldə olunmayıb. Münhen danışıqlarından dərhal sonra Fransaya yollanan Paşinyan yeni ikibaşlı açıqlama verməyə başladı. Sözsüz ki, Paşinyan Fransadan aldığı təlimat əsasında bu fikirləri yürütməyə başlayıb. Paşinyana yaxın şəxslərin də sülh prosesinə əngəl olan açıqlamalar verməsi onu deməyə əsas verir ki, rəsmi İrəvan danışıqlar yolundan qaçmaqla zaman əldə etəyə çalışırlar. Paşinyanın dünənki açıqlamasından sonra hökumətə ən yaxın adamlardan biri olan Ermənistanın keçmiş müdafiə naziri, general  Arşak Karapetyan müharibə arzusunda olduqlarını bəyan edib.

O, “Fakt” qəzetinə müsahibəsində iddia edib ki, Azərbaycan heç bir sülh müqaviləsi imzalamaq fikrində deyil. “Ermənistan tərəfi nəinki düşmənin təcavüzkar hərəkətlərini cavabsız qoymağa, hətta düşmənin tələblərinə hörmətlə yanaşmaq üçün bütün mümkün qırmızı xətləri keçməyə davam edir”.

Karapetyan deyib ki, Azərbaycanın hərbi ritorikasına elə hərbi dildə cavab vermək lazımdır. O, bunun üçün 2021-ci ili xatırladıb. “Ermənistan tərəfi həmin ildə Arazdəyəndə Azərbaycan tərəfinin atəşkəsi pozmasına sərt cavab verməklə, onların aqressiyasını cilovlamağı bacardı. Bu gün hakimiyyət azərbaycanlılara cavabın hərbi əməliyyatlara səbəb ola biləcəyini bəyan etməsi siyasi demoqoqiyadır. Əksinə, bu cür davranış böyük müharibəyə gətirib çıxarır”.

Bir sözlə Karapetyan yeni müharibə hazırlıqlarının başladıqlarını açıq şəkildə bəyan edib.

“Biz Fransadan və tərəfdaşlarımızdan müasir silahlar əldə etmişik və bu davam edir. Qısa zamanda ordumuzu formalaşdırmalı və itirdiklərimizi geri qaytarmalıyıq.Yeni müharibə qaçılmazdır.”- deyə general bildirib.

Bir sözlə Arşak Karapetyan öz general həmkarları kimi Bakıda zirzəmidə yatmaq arzusundadır. Yəqin ki, Karapetyanın Bakıya gəlmək arzusunu tezliklə güc strukturlarımız reallaşdıracaq və Karapetyan digər həmkarları kimi Bakıda “dincələ” biləcək.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki