image-bez-nazvaniya-1backend

Erməni generallar döyüşdən necə qaçıb? -Hərbi ekspert detalları açıqladı

image-reklam_sirab_01
Ermənistan ordusunun generalları 44 günlük Vətən Müharibəsində Azərbaycan əsgərinin qarşısında qaçıb. Məhz bu fərariliyə görə Ermənistanda təkcə bu gün 11 yüksək rütbəli hərbçi həbs edilib. Ümümilikdə isə fərariliyə görə 22 cinayət işi açılıb.
“Ermənistanda Müharibədə ərazini qoyub qaçan fərari generalların məhkəmələri davam edir. Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan Zəngilanın müdafiəsi üçün xüsusi döyüş tapşırığına cavabdeh olub. Andranik hərbi hissə komandiri Arsen Abqaryanın şəxsi heyətlə mühasirəyə düşdüyünü öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və özü də Qafana qaçıb.”Vətəninfo.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev saytımıza açıqlamasında bildirib.
“Bütün bunların nəticəsində Abqaryanın komandiri olduğu “kimyaçıların hərbi hissəsi”nin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si həlak olub, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb.Amma bəziləri Ermənistanda hələ də revanşdan danışır.”- deyə hərbi ekspert əlavə edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki