image-ermeni_ordu11643489654backend

Erməni hərbçilərinə yeni qadağalar tətbiq olunacaq

image-reklam_sirab_01

Əsgərlərə xidməti vəzifələrini yerinə yetirərkən smartfonlardan istifadə qadağan ediləcək.

Vətəninfo.az xəbər verir ki, müvafiq layihə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının iclasında təqdim olunub.

“Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklikləri Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan təqdim edib.

“İstisna (smartfonlardan istifadə ilə bağlı – red.) dövlət səlahiyyətli orqanının rəhbəri tərəfindən müəyyən edilən hallar olacaq”, – Sarkisyan bildirib.

Bundan əlavə, ictimai narazılığın təzahürü ilə bağlı hərbi və ya digər rəsmi formada mitinqlərdə və ya digər oxşar tədbirlərdə iştiraka qadağa tətbiq ediləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki