image-image_750x_6396cf1243b27backend

Erməni mediası: “Azərbaycan canavarları yolu bağladı”

image-reklam_sirab_01

Ətraf mühitin mühafizəsi üzrə ixtisaslaşmış Azərbaycanın qeyri-hökumət təşkilatları  Şuşada Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazidə faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir. Vətəninfo.az xəbər verir ki, aksiyaçıların Laçın dəhlizini bağlaması erməniləri şoka salıb.

Azərbaycanlı qeyri-hökumət təşkilatları Rusiya sülhməramlılarından İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidmətinin və “AzerGold” QSC-nin nümayəndələrinin monitorinqi üçün şərait yaratmağı tələb edirlər.

Dəhlizin bağlanması erməni mediasını şoka salıb. Ermənilərin “Hraparaq” nəşri aksiyaçıları canavar adlandırıb.

“Onlar əsl canavar kimi Rusiya sülhməramlılarını qovaraq çadırlarını qurublar. Rusiya sülhməramlılarının onların qarşısında aciz olduqlarını gördük” -nəşr yazıb.

P.S. Ermənilər unudur ki. canavarlar tezliklə onları Qarabağdan bütövlüklə qovacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki