image-66backend

Erməni mediasından İDDİA: Azərbaycan Ermənistanla sərhəddə 11 post qurub

image-reklam_sirab_01

Ötən həftə Azərbaycan Ordusu öz bölmələrini Ermənistanla sərhəddə yerləşdirib. Vətəninfo.az xəbər verir ki, Laçın dəhlizi boyunca yerləşdirilən bölmələrimiz artıq zəruri olan bütün addımları yekunlaşdırmaq üzrədir.

Qeyd edək ki, Ermənistanın Tex (Dığ) kəndi yaxınlığında mövqe tutan Ordumuz mühəndis-istehkam işlərini tamamlamaq üzrədir. Bunu erməni tərəfi də təsdiqləyib. Aravus kəndinin icma şurasının üzvü Arqam Hovsepyan erməni mediasına verdiyi açıqlamasında bildirib ki, Azərbaycan Ordusu artıq 11-ci postunu quraraq, işini bitirib. “”MTN açıqlama verir ki, iki ölkə arasında danışıqlar olub və vəziyyət yaxşıdır. Bunun harası yaxşıdır ki, Azərbaycan Ordusu artıq 11-ci postunu qurub”.

Hovsepyan iddia edib ki, guya, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olub. Onun sözlərinə görə, son yerdəyişmədən sonra Dığ kəndinin 60 hektar ərazisi Azərbaycanın nəzrətinə keçib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki