image-bez-nazvaniya-1backend

Erməni nəşri:””Zəngəzur dəhlizi” Rusiyaya yox, Qərbə lazımdır və bunu acacaq”

image-reklam_sirab_01

Erməni nəşri “Hraparaq” “Zəngəzur dəhliz”ni maraqların toqquşması adlandırıb. Vətəninfo.az xəbər verir ki, nəşr iddia edir ki, bu dəhliz qərbə lazımdır və qərb bunu tezliklə acacaq.

Həmin yazını ixtisarla oxucuların diqqətinə catdırırıq.

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın son sensasion bəyanatı hələ həzm olunmamışdı, o zaman bunu hökumətin başqa bir nümayəndəsi təkzib etdi. Xatırladaq ki, dekabrın 26-da Armen Qriqoryan H1-ə müsahibəsi zamanı bildirmişdi ki, Ermənistan Azərbaycana dəhliz verməyə, ittifaq dövlətinə daxil olmağa məcbur edilir.

Dünən Milli Müdafiə Komitəsinin rəhbəri Andranik Köçəryan bəyan edib ki, o, birbaşa Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etdiyini deyə bilməz, lakin məqsədlərdə belə istəklər görünür.
Rusiya prezidentinin mətbuat katibi Peskov da Ermənistan Şurası katibinin bəyanatını təxribat adlandırıb. “Belə bəyanatları təxribat xarakterli hesab etmək olar. Onlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinə təqdim etməyib”, – Peskov bildirib.

Politoloq Armen Badalyan deyir ki, “Zəngəzur dəhlizi” adlı geosiyasi plan var və bu planı Qərb həyata keçirilməsini tələb edir.

Badalyanın fikrincə, bu geosiyasi prosesdə Rusiyanın iki oyun kartı var. Birincisi Qarabağda  yerləşən rus sülhməramlıları faktoru, ikincisi Moskvadan Qarabağa gələn Ruben Vardanyandır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki