Ermənistanda yəhudilərə məxsus sinaqoqa hücum olub. Terrorçular sinaqoqun içərisində dağıntılar ediblər və qırmızı rənglə divarları yazıblar. Bu aksiyanı ASALA İsrailin Azərbaycana siyasi-hərbi dəstək verdiyinə görə etdiyini açıqlayır və onların etdiyini deyir. Əslində bu ASALA-nın ərəb-ermənilərdən ibarət olan Qara Sentyabr təşkilatının dəsti xəttdir və bu Azərbaycana görə deyil.
Amerikada erməni diasporunun əsas media orqanlarından biri olan “Azbares” qəzetində yazılır ki, 1915-ci ildə, birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin guya sistemli şəkildə məhv edilməsində türklərdən çox yəhudilərin rolu böyük olub. Birinci Dünya Müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı dövləti 27 may 1915-ci ildə “Köç” qərarın məhz yəhudilər təşkil ediblər və onlar Osmanlıları erməniləri qırmağa inandırıblar.
Ərəb və ermənilərin birgə yaratdığı və əsas hədəfləri yəhudilər olan “Qara Sentyabr” təşkilatı ərəbcə “Munaẓẓamat Aylūl al-aswad” (Qara Sentyabrın əli) adlanır. FƏTH təşkilatının maliyyə dəstəyi ilə yaradılan bu qruplaşmada əsas söz sahiblərindən biri Hakob Hakobyan idi. O, “Fələstin Azadlıq Cəbhəsi”nin sıralarında vuruşmuş, “Qara sentyabr” təşkilatında isə ona “Əl-Mücahid” ləqəbi vermişdilər.
Onun varlı erməni və ərəb biznesmenlərindən maliyyə yardımı alması, türk və yəhudilərə olan hədsiz nifrəti FƏTH liderlərinin diqqət mərkəzində idi. Hələ keçən əsrin 70-80 ci illərində Erməni terror təşkilatı ASALA-nın üzvləri 1972-ci il Münxen olimpiya oyunlarında İsrail deleqasiyasına hücüm edən Qara Sentyabr təşkilatı ilə Livanın Bekaa vadisində, Fələstin bazalarında çiyin-çiyinə təlimlər keçmişlər. Cinayət işi üzrə başlanmış araşdırma sonuncsuz nəticələnir. Qatillər tapılmır. Bəzi məlumatlara görə onu türk milliyyətçiləri (bozqurdlar) aradan götürmüşdü. Lakin sonra mediada gedən yazılarda Hakob Hakobyanı 1973-cü ildə İsrail Beyrutda MOSSAD-ın və SAXAL-ın (İsrail Müdafiə Ordusu) qüvvələri hesabına “Gənclik baharı” adlı əməliyyat qrupu tərəfindən öldürülməsi xəbəri yayıldı və bir söz bütün yazıların sonuncu cümləsi idi:
“1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiada zamanı yəhudi idmançılarına qarşı terrorun qisası alındı!!
Qeyd edim ki, hazırda bu terror təşkilatının maliyyəsini İran verir və tam əminəm ki, məhz Sinaqoqun bu formata salınmasının əmri Tehrandan verilib
Zaur Əliyev, dosent


























