image-222backend

Ermənilər Ermənistandan niyə qaçır? -45 min erməni Rusiya pasportu alıb

image-reklam_sirab_01

2022-ci ildə 691 mindən çox insan Rusiya vətəndaşlığını qəbul edib. Vətəninfo.az xəbər verir ki,  bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Statistika Xidməti məlumat yayıb.

Maraqlıdır ki, ötən illə müqayisədə təxminən 6 faiz az olsa da, son bir neçə ildə Rusiya vətəndaşlığını alanların sayı kəskin artıb. Belə ki, 2018-ci ildə təxminən 269 min, 2019-cu ildə təxminən 498 min, 2020-ci ildə isə 656 min nəfər Rusiya pasportu alıb.

Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Miqrasiya Statistika Xidmətinin məlumatındakı yanlışlıqlar da var. Belə ki, birinci yerdə göstərilən Ukrayna ərazisini işğal edən Rusiya burada öz pasportlarını paylaıb. Bu səbədən Ukrayna siyahıda birinci yerdə göstərilir.

İkinci yerdə 174 000 göstərici ilə Tacikistan vətəndaşları, 45 000 vətəndaşlıq qərarı ilə Ermənistan üçüncü yerdədir). Dördüncü yerdə Qazaxıstan (42 000), Özbəkistan (27 000) və Azərbaycan (23 000) qərarlaşıb.

Bu ölkələr 2021-ci ildə Rusiya vətəndaşlığını qəbul edənlərin sayına görə də liderlər sırasında olub. Yalnız ER vətəndaşlarının göstəricilərini qeyd etsək, onda mənzərə belədir: 2021-ci ildə 46 min, 2020-ci ildə 30,5 min, 2019-cu ildə isə 17 min erməni Rusiya vətəndaşlığını qəbul edib.

Qeyd edək ki, bu, mühacirət edənlərin deyil, vətəndaşlıq alanların sayıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki