image-bez-nazvaniyabackend

Ermənilər geri çəkildi: Vardanyanın planı iflasa uğradı

image-reklam_sirab_01

Qarabağdakı yataqları qanunsuz istismar edən erməni separatçıları geri çəkilmək məcburiyyətində qalıblar. Bu aydındır ki, artıq yataqlarda işlər müvəqqəti dayandırılıb.

“Erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar. Qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.” -bunu Vətəninfo.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, təzyiq nəticə verib, ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər.

“Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır.”- deyə Elxan Şahinoğlu əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki