Bu gün itkin düşən erməni hərbçilərin yaxınları Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Rusiyadan oğlanlarını geri qaytarmağı tələb edirlər. Vətəninfo.az xəbər verir ki, etiraz aksiyasına çıxan ermənilər ruslar qarşısında yeni tələblər irəli sürüblər. İtkin düşənləri valideynləri Rusiyadan dəstək istəməklə yanaşı qarantları olan rus ordusunu onlara köməyə cağırıblar. Aksiyada cıxış edən Samvel Karapetyan tələblərini belə çatdırıb:
“Bizim qarantımız Rusiya idi. Rusiya bizi meydanda tək qoydu. Bizə yardım edin. Azərbaycan bizim sərhədlərimizdə at oynadır. Bizi xilas edin.”
P.S. Birbaşa rusiyameyilli qruplar tərəfindən təşkil edilən aksiyada ermənilər ərindən küsən qadın kimi yalvarıblar. Bu yalvarışlar sözsüz erməni xislətinin nümünəsidir.


























