image-55backend

Ermənilər təşvişdə: “Ermənistanda yaşayanların hər 4 nəfərdən biri azərbaycanlı ola bilər”

image-reklam_sirab_01

Azərbaycanın bu yaxınlarda Qərbi Azərbaycana Qayıdış Planını müzakirəyə çıxarması Ermənistanda həm səs-küyə, həm də təşvişə səbəb olub. Vətəninfo.az xəbər verir ki, müzakirələrin ardından rəsmi Bakının əslən Qərbi Azərbaycandan olanları siyahıya alması isə bu təşvişi daha da artırıb.

Belə ki, Ermənistanın aparıcı politoloq və ekspertləri bildirirlər ki, Azərbaycan bu planı müzakirəyə çıxarmaqla prosesi yekunlaşdırmayacaq. Onların fikrincə, rəsmi Bakı həmin köçürməni də həyata keçirmək üçün real addımlar atacaq.

Ermənistandakı azərbaycanşünas ekspertlər bildirirlər ki, Azərbaycanın bu istəyi sürreal deyil, mümkündür. “Bu o deməkdir ki, Bakının təşəbbüsü reallaşarsa, ölkəmizdə hər dördüncü şəxs azərbaycanlı ola bilər”.

Qeyd edək ki, Azərbaycan tərəfinin köçürülmə prosesini müzakirəyə çıxarması, bunun üçün bəzi addımlar atmasının tam təfsilatı məlum deyil. Görünən odur ki, rəsmi Bakı bu planın icrasında nəinki maraqlıdır, həm də onun həyata keçirilməsi məsələsində müəyyən imkanların olduğunu yaxşı bilir. Ona görə də, siyahıyaalma prosesini tezləşdirməklə, yaxın gələcəkdə imkan yaranan kimi, onun icrasına start verəcək.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki