“ Zəngəzur dəhlizi ilə bağlı danışıqları Ermənistanla deyil, Rusiya ilə aparırıq”, – Azərbaycan Prezidenti İlham Əliyev son çıxışında dediyi bu fikirlər erməniləri qorxuya salıb. Vətəninfo.az xəbər verir ki, erməni agentliyi 1lurer.am saytına müsahibəsində maraqlı detalları açıqlayıb.
Erməni politoloq Geqam Sasulyan sayta müsahibəsində tezliklə Zəngəzur dəhlizinin açılacağını etiraf edib.
“Biz bu danışıqlar prosesində tərəf deyilik. Rusiya bizi oyundan kənarlaşdırıb. Bakı tezliklə Zəngəzur dəhlizini açacaq. Və bu prosesdə bizim fikrimizi öyrənən olmayacaq “- deyə politoloq Geqam Sasulyan bildirib.