Türkiyənin Ermənistanla həmsərhəd Qars vilayətində səkkiz ölkənin iştirakı ilə hərbi təlimlər başlayır.
Vətəninfo.az xəbər verir ki, bu hərbi təlimlərin iştirakçıları artıq Qarsa gəlib və hazırlaşırlar.
Kosovonun müdafiə naziri Armend Mehaj bəyan edib ki, bu hərbi təlimlərin məqsədi hərbi əməliyyat zamanı əməkdaşlığı inkişaf etdirmək, koordinasiyanı təmin etmək, hərbi hissələrin döyüş hazırlığını yoxlamaq, atəş və manevr sinxronizasiyasını, dislokasiyanı, təchizatı artırmaqdır.
Qeyd edək ki, bu təlimlərin keçirilməsi erməni mediasını qorxuya salıb.