image-123backend

Ermənilərin Xankəndidə aclıq və səfalət şousu… – FOTOLAR

image-reklam_sirab_01

Son bir ayda ermənilərin dünya ictimaiyyəti qarşısında aramsız təbliğatının bir nömrəli mövzusu Xankəndidə və ətraf bölgələrdə yaşayan ermənilərin “blokada şəraitində aclıq və fəlakətlə” üzləşməsi ilə bağlıdır. 12 dekabr 2022-ci ildən etibarən gileylənən ermənilər iddia edirlər ki, Xankəndidə sosial-iqtisadi vəziyyət dözülməz həddə çatıb, Azərbaycanın ekofəallarının Laçın-Xankəndi yolunu “kəsməsi” bölgəyə Ermənistan ərazisindən ərzaq, dərman və digər məhsulların gətirilməsinin dayanmasına səbəb olub. Erməni diasporunun maliyyəsi ilə fəaliyyət göstərən xaricidəki muzdlu propaqandaçılar həmişə olduğu kimi əllərinə düşən bu şansdan yetərincə yararlana biliblər.

Dekabrın sonları və yanvarın əvvəli Xankəndidə mağazaların boş olması, ərzaq çatışmazlığı üzündən uşaq bağçalarının tətilə çıxması, hətta mərkəzi bazarın bağlanması haqda məlumatlar daha sürətlə yayıldı.

Bu təbliğat işində Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan, Ermənistanın Niderland və Lüksemburqdakı səfiri Tiqran Balayan, ictimai fəal və jurnalistlər Mariam Avetisyan, Siranuş Sarqsyan, Nara Matinyan və digərlərinin fəaliyyətləri xüsusi seçilib.

“Qafqazinfo” xəbər verir ki, Faktyoxla Lab. ermənilər tərəfindən paylaşılan foto və videolar əsasında araşdırma aparıb, doğrudanmı Xankəndidəki Azərbaycan vətəndaşlarının aclıq içində əziyyət çəkdiklərini, bu şəhərdə qazın, suyun olmadığını, yeməyə çörək belə tapa bilib-bilmədiklərini ayırd etməyə çalışıb.

Ermənilərin “blokada”, “aclıq və səfalət” şousunu ilk olaraq azərbaycanlı tvitter istifadəçisi Könül Şahin ifşa etməklə başladı. K.Şahinin dekabrın 31-i və yanvarın 1-də paylaşdığı 13 tvit Xankəndidəki vəziyyətə tam aydınlıq gətirirdi. Tvit1 Tvit2 Tvit3 Tvit4 Tvit5 Tvit6 Tvit7 Tvit8 Tvit9 Tvit10 Tvit11 Tvit12 Tvit13

Könül Şahinin bu paylaşımlarından sonra erməni təbliğatçıları ifşa olunduqlarını görüb, belə bir mətnlə müraciət etməyə məcbur qaldılar. Müraciətdə deyilir: “Zəhmət olmasa, tanışlarınıza deyin, instaqramda yemək, storilərinizdə restoranlarda dolu tabaqla təam fotolarını paylaşmayın. Ayıbdır. Blokadanın 25-ci günüdür”.

Lakin bu müraciətlər, xəbərdarlıqlar o zaman təsirli olardı ki, erməni təbliğatçılar etdikləri səhvləri düzəldər, bu mövzuya qayıtmazdılar. Təəssüf ki, əksini görürük. İndi təqdim edəcəyimiz fakt-yoxla texnikaları ilə ermənilərin təbliğatının necə yalan üzərində qurulduğunu, saxta məlumatları həqiqət kimi yaydıqlarını sübut etməyə çalışacağıq.

Beləliklə,

Fakt 1. Xankəndidə Hekimyan küçəsi 11-də yerləşən bu “SBS market” mağazasının ərzaq assortimentinə və alıcıların sayına diqqət edək. Əgər bir şəhərdə kütləvi aclıqdırsa, ərzaq tapılmırsa, bu mağazada niyə növbə yoxdur, piştaxtalar isə ərzaq məhsulları ilə doludur? Bəlkə, satıcısı “türkdür”, ermənilər buranı boykot ediblər?

Fakt 2. Xankəndi bazarı ilə bağlı separatçıların əsas təbliğat ruporu olan bir sayt 20 dekabrda xəbər paylaşıb. Xəbərin başlığı belədir: “Blokadada olan Xankəndinin mərkəzi bazarı bu gün”, az sonra xəbərin başlığı dəyişilib: “Xankəndinin mərkəzi bazarı bu gün bağlanıb”. Bu araşdırma aparılarkən həmin xəbərə saytda ümumiyyətlə rast gəlmədik. Görünür nə qədər gizlətsələr də informasiya yayılmasına yol verəcəklərini anlayıb, xəbəri saytdan tamamiilə silməklə özlərini sığortalamaq istəyiblər.

Halbuki separatçı rejimin əsas propaqandaçılarından biri Siranuş Sarqsyan 27 dekabr paylaşımında məhz həmin bağlanmış bazardan foto paylaşıb, “bir ana övladlarına şorba və ya püre bişirmək üçün gəlib bir kiloqram kartof və kök istədi” yazılmış “ürəkdağlayan” tvitini paylaşıb.

Fakt 3. Arman Tatoyan adlı propaqandaçı növbəti dəfə “Azərbaycanın yürütdüyü siyasət nəticəsində 120 min erməninin blokadada qalması” haqda yalan məlumat yayıb və bu məlumata boş piştaxtalı Xankəndi mağazalarından fotolar əlavə edib. Həmin fotolardan birini nisbətən böyük ölçüdə Kevork Oskanian adlı istifadəçi də paylaşıb. Həmin skrinlərə diqqət edin.

A.Tatoyanın paylaşdığı fotoda soyuducunun üstünə düzülən ət və ət məhsulları gizlədilib. K.Oskanianın paylaşdığı fotoda isə azca da olsa görünür. Biz isə soyuducunun üstündə gizlədilmiş məhsulların geniş çeşidini ayrıca təqdim edirik.

Ermənilər özləri öz yalanlarını ifşa edirlər.

Fakt 4. Ermənilər Xankəndidə “aclıq və səfalətin” hökm sürdüyünü dünya ictimaiyyətinə nədənsə fotoqraf Marut Vanyanın fotoları ilə çatdırırlar. O məlumatlar isə gah təhrif olunmuş olur, gah kontekstdən çıxarılmış, gah da tam saxta. Əvvəlcə bu saxtakar fotoqrafın çəkdiyi fotoya diqqət edək.

Bu isə həmin fotonun çəkildiyi marketdəki piştaxtanın tam görüntüsü. Marut Vanyanın bu tvitindəki fotonun tam versiyasını biz başqa bir mənbədən əldə etdik. Sağdakı, soldakı və üst qatdakı piştaxtaya və üzbəüzdəki ərzaqla tam dolu soyuducuya diqqət yetirin.

Görəsən, bu fotoqrafın fotoaparatının obyektivi niyə ancaq ətrafı tam təmizlənmiş sirkə məhlulunu görür?

Fakt 5. Bu fotonun çəkildiyi yerə düşən günəş şüaları, kölgələrə görə fotonun istirahət günü səhər saatlarında (8-8:30 zaman aralığında) çəkildiyini dəqiqləşdirə bildik. Satıcıların bir çoxu hələ işə çıxmayıblar, yaxınlıqdakı geyim mağazası da bağlıdır. Fotonun sağ küncündə yerləşdirilmiş çeşid-çeşid meyvə-tərəvəz növləri isə göz oxşayır. Bu da növbəti saxtakarlıq nümunəsidir. Hələ alıcılar üçün açılmayan bazar piştaxtasını “qıtlıq-aclıq” düşüncəsi ilə çəkib göstərirlər.

Oxşar nümunəni bu fotolarda da görürük.

Fakt 6. Mağazalardan birində boş soyuducu nümayiş olunur. Amma bu təbliğatı aparanlar mağaza soyuducusunun qarşısına düzdükləri dondurlmuş ət və balıq məshullarını kənara çəkməyi yaddan çıxarıblar və belə ifşa mənzərəsini bizə “hədiyyə” saxlayıblar.

Fakt 7. Bu foto isə “kamera zarafatları” üçün yaxşı ssenaridir. Bu aparatı Sovetlər dönəmində yaşayanlar yaxşı xatırlayırlar. Aparata pul atıb dəmir qarmaqların vasitəsilə hədiyyə udmaq mümkün idi. Burada hədiyyə əvəzinə adi soğan qoyulub. Şərhdən də görünür ki, bu qurğu Xankəndidə quraşdırılıb və soğan qıt olduğu üçün sakinlərə belə şans verilib.

Ermənilər hər şeyi gözəl fikirləşiblər, lakin bir az diqqətsiz olublar. Həmin qurğunun yaxınlığında dayanan şəxslərin simalarını böyük formatda göstəririrk. Bəli, gördüymüz kimi, Cənub-Şəqri Asiya xalqlarından birinin nümayəndələridilər.

Bəs, cənub-şərqi asiyalı Xankəndidə niyə soğan yarışmasına qoşulsun ki? Axı, burada səfalət içində yaşayan erməni olmalı idi. Çox sadə. Foto Azərbaycana aid deyil. Özü də 3 il öncə çəkilib.

Fakt 8. Bu 2 fotoya diqqət edək. Növbəti dəfə boş vitrinli soyuducular nümayiş olunur. Bir əcnəbinin gözü ilə baxsaq xeyli “kədərli” fotodur.

Amma… gəlin texnikanın köməyi ilə fotoya geniş obyektivdən baxaq. Hər iki soyuducunun qarşısındakı rəflərə düzülmüş ərzaqların şüşədə əksinə diqqət yetirin.

Fakt 9. MDB ölkələrindən başqa dünyanın heç bir ölkəsində siqaretin “dənə-dənə” satışı yoxdur. Bu fotoda satıcı müştəriyə siqaret verir. Satıcının əlində olan siqaret “Capitan Black”dir. Siqaret çəkənlər bilirlər ki, bu siqaret növündə qətran yüksəkdir deyə, daimi istifadə orqanizm üçün təhlükəlidir. Ümumiyyətlə siqaret sağlamlıq üçün təhlükəlidir, amma bu növ daha ağır fəsadlar verir. O səbəbdən hərdənbir dənə-dənə çəkilməsinə üstünlük verənlər tapılır. Ermənilər isə bu məqamdan “artıq mazağalarda siqaret məmulatları da tapılmır” təbliğatı üçün istifadə edirlər.

Fakt 10. Boş piştaxtaların əks olunduğu bu fotolarda isə günün müəyyən vaxtlarında mağazaların durumu nümayiş olunur. Bəzi şəkillərin səhər saatlarında (hələ satıcılar işə başlamayıblar), bəziləri isə axşam saatlarında (satıcılar işlərini yekunlaşdırıblar) çəkildiyi görünür. Qeyd edək ki, bütün fotolar günəş şüası, mağazaların işıqlarının yanması, kölgələrin quruluşu və günəşin düşmə bucağı əsasında müəyyən olunub.

Fakt 11. Bu fotolarda isə Yeni il gecəsi kasıb, ac və blokadada boğulan ermənilərin necə “əziyyət çəkdikləri” əks olunub.

Fakt 12. Bu fotolarda qaranlığa “qərq olunmuş” Xankəndi sakinlərini görürük.

Bayaqdan söhbət açdığımız fotoqraf Marut Vanyanın növbəti “hədiyyəsinə” və düşüncəsinə diqqət yetirək. Bir qrup insanın küçədə şam işığına yığışdıqlarını çəkib göstərir.

Amma bu paylaşımdan sonra ona verilən yüzlərlə “küçə lampaları və işıqları yandığı halda bunlar niyə şam işığına yığışblar” sualına cavab tapa bilməyib.

Beləliklə, erməni təbliğatçılarının “blokada” şəraitində yaşayan Xankəndi ermənilərinin ağır durumu” haqda saxta xəbər istehsalını növbəti dəfə ifşa etdik.pressklub


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image