image-324433252_1132752090776513_5363928542099866273_nbackend

Ermənipərəst iranlı deputat: “Azərbaycan İranın andlı düşmənlərinin yuvasıdır”

image-reklam_sirab_01
İran parlamentin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əhmədi Biğəş yenidən Azərvaycana qarşı qərəzli fikirlər irəli sürüb. Vətəninfo.az xəbər verir ki, deputat deyib: “Mən hesab edirəm ki, Azərbaycan Respublikasının İrana qarşı mövqeyi qonşuluq və dostluq mövqeyi deyil, lakin Ermənistan bu dostluq mövqeyində olub və həmişə onu qoruyub saxlayıb”.
Qafqazda son zamanlar baş verən proseslərə və sərhədlərin toxunulmazlığı prinsipinə toxunan Əhmədi Biğəş iddia edib: “Azərbaycan sübut etdi ki, bu günə qədər bu qayğıya hörmətlə yanaşmayıb və İranın and içmiş düşmənlərinin yuvasına çevrilib, işğal olunmuş ərazilərdə (Fələstin) rəsmi şəkildə səfirlik açıblar və sionist rejim də bu ölkədə aktiv fəaliyyət göstərir.
Hesab edirəm ki, Azərbaycanın İrana qarşı mövqeyi qonşuluq və dostluq mövqeyi deyil, Ermənistan isə bu mövqeyini həmişə saxlayıb və bu gün də saxlayır”.
Onun sözlərinə görə, Azərbaycanın mövqeyi Amerika, İsrail kimi bu ölkəni inadla müdafiə edən ölkələrin maraqlarını müdafiə etməkdən ibarətdir.
“Qonşu ölkələrlə qarşılıqlı hörmət çərçivəsində münasibət qurmalı, xoşagəlməz hərəkətlərlə mübarizə aparmalıyıq. Cənab Əliyevə qarşı yumşaqlıq da həm ağlabatan, həm də maraqlar çərçivəsində olmalıdır”,- deyə o, hədyan səsləndirib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki