Azərbaycan tarix kitablarında 1828-ci ildə Türkmənçay, 1829-cu ildə Ədirnə sülh müqavilələri ilə Anadoludan 80 min, İrandan 40 min erməninin İrəvan və Qarabağ xanlığına aid ərazilərə köçürüldüyü qyed edilir. Bu doğrdur. Ancaq gələnlər həqiqətən hamsı ermənimiydi?
Gələnlər bir mənalı olaraq xristian idilər. Ancaq Ruslar və Eçmiədzin katalikosluğu tərəfindən “erməni” olaraq damğalanan bu insanlar ermənicə bilmirdi. Osmanlı dəftərlərində gələnlərin adları və yaşadığı yerlər haqqında maraqlı məlumatlar verilib. Misal üçün
– Kayseridən gələnlərin çoxunun adları Uğurlu, Səfər, Yaqub, Xüdaverdi, Aslan, Yaxşı, Su, Arslanşah, Bali, Əymür Dədə, Budak və s. şəklində qeyd olunub.
– Daha sonra erməniləşdirilən ortodoks olduqları üçün “rum” adlanan insanların adları Qaryağdı, Su, Tanrıverdi, Qarlu, Yağmur, Qaya, Qaraca, Sultanşah;
– Amasiyadan gələnlər arasında Bağça, Bali, Qaplan, Sultan, Muradşah kimi ailə adlar çoxluq təşkil edir.
-Urfadan gələnlər arasında Xudaverdi, Göyçə,
-Sivərəkdən gələnlər arasında Yağmur, Budaq, Qutluşah, Əynəbəy, Tatar
– Çermişdən gələnlər arasında Görmüş, Bəxtiyar, Xudaverdi, Dərviş, Qutluca,
– Ərqanidən gələnlər arasında Xudaverdi, Batlıca
– Divriğdən gələnlər arasımda Kamal, Cahanşah, Orxan, Xızırşah, Yaqub, Murad, Nurəddin, Əbdi
– Qalatadan gələnlərın hardaysa tamamı
– Kəfədən gələnlərin yarısı türkcə adlar daşıyır və türk dilindən başqa dil bilmirdilər.
Nəzərə alın ki bu adların çoxu ailə adlarıdır. 1918-cu ilədən etibarən həmin ailələrin adlarının sonuna “yan” əlavə edilərək Ermənistanda pasport qeydiyyatına aldılar.
Bu insanların etnik mənsubiyyəti bilinmirdi. Osmanlı dəftərlərində XIX əsrə qədər ümumi mənada “taifə-yi zimmiyan” adı ilə qeyd ediliblər, yəni xristian tayfaları.
Qeyd: Məncə həqiqətən XIX əsrdə nə oldu sualını tarixçilər ciddi-ciddi verməlidirlər. Və bu sualı verərkən heç bir ideoloji, siyasi, milli, etnik təsir altında qalmadan verilməlidir. Ancaq o zaman biz hansı böyük oyunun parçası olduğumuzu görə bilərik.
Tarixçi alim , Əkbər Nəcəf