image-00backend

Ermənistan Azərbaycan idmançılarını girov götürdü: “Münhen 1972” hadisəsi təkrarlana bilər

image-reklam_sirab_01

İrəvanda dünənki bayraq yandırma hadisəsindən sonra Azərbaycan ağır atletika komandası bu günlərdə Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında iştirak etməmək qərarına gəlib.

Vətəninfo.az xəbər verir ki, bununla bağlı Gənclər və İdman Nazirliyi bəyanat yayaraq, Bayrağımızın yandırılmasına etiraz olaraq bu addımı atdıqlarını bəyan edib.

Nazirlik bildirib ki, baş verən hadisə Ermənistanda ksnefobiya və Azərbaycanfobiyanın təzahürləridir və oradakı idmançılarımızın təhlükəsizliyi üçün heç bir zəmanət yoxdur.

Lakin az öncə Caliber.az saytı məlumat yayıb ki, Ermənistan tərəfi Azərbaycan Ağırlıqqaldırma üzrə Millisinin üzvlərini girov götürüb. Belə ki, nazirliyin bəyanatından sonra millimizin üzvləri Ermənistanı tərk etməyə hazırlaşıb. Bu məqsədlə komandamız üçün İrəvan-Antalya reysinə biletlər bron edilib. Saat 02.55-də komandamızın üzvləri Antalyaya, oradan da Bakıya uçmalı idilər. Amma buna imkan verilməyib.

Sayt yazır ki, ermənilər “təhlükəsizlik” bəhanəsi ilə komandamızı oteldən buraxmayıblar. “Daha doğrusu, yarışlarda iştirakdan imtina edəndən sonra komandamızı girov saxlayırlar. Bütün bunlar Paşinyanın şəxsən açdığı, Dünya və Avropa Ağır Atletika Federasiyalarının prezidentləri Məhəmməd Caloud və Antonio Konflittinin də iştirak etdiyi tədbirdə Azərbaycan bayrağının yandırılmasından sonra baş verir”.

Caliber.az İrəvanda “Münhen -1972”nin təkrarlana biləcəyindən ehtiyatlandığını yazıb.

Xatırladaq ki, həmin il Münhen Olimpiadasında Fələstin terror təşkilatının “Qara Sentyabr” üzvləri tərəfindən törədilmiş terror aktı baş vermişdi. Onun qurbanları İsrail Olimpiya komandasının 11 üzvü (4 məşqçi, 5 rəqib və iki hakim) və Qərbi Almaniya polisinin üzvü idi. Erməni terrorizminin ənənələrini və Ermənistanda ağır döyülən hərbi əsirimizin son videosunu nəzərə alaraq, nümayəndə heyətimizin azad edilməsi üçün təcili tədbirlər görülməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki