image-999backend

“Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamalıdır” – Türkiyə Prezident Administrasiyası

image-reklam_sirab_01

“Azərbaycanla sülh sazişinin imzalanmasının ləngiməsi onu göstərir ki, Ermənistan hakimiyyətinin regionda başqa maraqları var” –Vətəninfo.az xəbər verir ki, bu  haqda Türkiyə prezidentinin aparatının bəyanatında deyilir.

Bildirilib ki, Azərbaycanın maraqları regionda sülhün və sabitliyin təmin edilməsindən ibarətdir.

“Rəsmi Bakı regionun inkişafında maraqlıdır və bu, Azərbaycanın 44 günlük müharibədən sonra regionda gördüyü quruculuq işlərindən aydın görünür”, – deyə məlumatda bildirilir.

Administrasiya vurğuladı ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamalıdır.

“Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır, Ankara ilə Bakının qardaşlığı sarsılmazdır”, – mesajda deyilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki