image-stepan_danielyanbackend

Ermənistan ərazisində Türkiyə-İran müharibəsi olacaq – Daniyelyandan şok

image-reklam_sirab_01

İrəvanın Ermənistanda KTMT təliminin keçirilməsindən imtina etməsindən nəticə çıxır ki, Paşinyan administrasiyası türk dünyası və Türkiyəyə tabedir.

Vətəninfo.az  Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Daniyelyan deyib.

Onun sözlərinə görə, Rusiyanın zəifləməsindən sonra 2020-ci ildə Türkiyə regiona daxil oldu. Daniyelyan proseslərin hazırkı templə getməsinin Ermənistan ərazisində Türkiyə-İran qarşıdurmasına, hətta müharibəsinə gətirib çıxaracağını söyləyib:

“Hakimiyyət ya müqavimət göstərməli, ya müttəfiq tapmalı, ya da təslim olmalıdır. Onlar Türkiyəyə təslim olub, türk proqramına daxil olurlar. Hansı ki, bu da özündə Qərb proqramını ehtiva edir. Bu proqrama əsasən, Rusiya regiondan sıxışdırılmalıdır. Proqram həmçinin İrana qarşıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki