image-teyyare-696x392backend

Ermənistan hava məkanını Azərbaycan təyyarələri üçün bağlayacaq?

image-reklam_sirab_01

Ermənistan mediasında Ermənisatanın öz hava məkanını Azərbaycan təyyarələri üçün bağlayacağı ilə bağlı iddialar səsləndirilir. Belə ki, düşmən tərəfinin iddiasına görə, Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması fonunda Ermənistanın öz hava məkanını Azərbaycan təyyarələri üçün bağlamalıdır.

Bununla bağlı Ermənistanın Mülki Aviasiya Komitəsinə (MHK) yazılı sorğu göndərilib.

Komitədən verilən cavaba görə, Beynəlxalq səviyyədə qəbul edilmiş formata uyğun olaraq, bütün beynəlxalq uçuşlar əvvəlcədən tərtib edilmiş uçuş planlarına əsasən həyata keçirilir və Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olan hər bir ölkə Beynəlxalq Mülki Aviasiya Təşkilatı haqqında Çikaqo Konvensiyasının müddəalarını əsas götürərək, öz hava məkanından istifadəyə ayrı-seçkilik yanaşmasını tətbiq edə bilməz.

CAC tərəfindən hava məkanı məhdudiyyətləri yalnız bütün təyyarə operatorlarının təhlükəsizliyini təmin etmək üçün həyata keçirilir. Qaldırdığınız məsələ Komitənin səlahiyyətinə aid deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki