image-image_750x_63ab410b8c69abackend

Ermənistan hökuməti sosial şəbəkələri və saytları bağlayacaq

image-reklam_sirab_01

Ermənistan hökuməti “Hərbi vəziyyət haqqında” qanuna dəyişiklik etmək qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, layihəyə əsasən, hərbi vəziyyət dövründə mövcud qanunla müqayisədə daha sərt məhdudiyyətlər olacaq.

Söhbət internetin, elektron mətbuatın, sosial şəbəkələrin qismən və ya tam məhdudlaşdırılmasından gedir. Mövcud qanunda fikir ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin akkreditasiyasının xüsusi proseduru müəyyən edilib, lakin internetdən bəhs edilmir.

Yeni layihə aşağıdakıları nəzərdə tutur: “Ermənistan Respublikasında internet saytlarının, sosial şəbəkələrin, internet proqramlarının müvəqqəti dayandırılması (bloklanması), həmçinin internetə çıxışın qismən və ya tam məhdudlaşdırılması. İnternetə çıxışın məhdudlaşdırılması zamanı isə “dövlət idarəetmə sisteminin və yerli özünüidarəetmə orqanlarının, strateji əhəmiyyətli və dövlət mühafizəsinə cəlb olunan obyekt və infrastrukturların, habelə ayrı-ayrı təşkilatların internetə çıxışının təmin edilməsi” qorunacaq.

Yəni cəmiyyət internetdən, informasiyadan məhrumdur və özləri üçün istisna təşkil edirlər. Layihə 2023-cü ilə qədər ictimai müzakirəyə çıxarılacaq.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki