image-reklam-veteninfo
image-1backend

Ermənistan İsrailin bu oyununda yoxdur – Melkonyan

image-reklam-veteninfo

İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanıması məsələsində səmimilik amili minimum səviyyədədir, bu, humanitar və ya dəyərlərə əsaslanan yanaşma deyil, mövcud Türkiyə-İsrail münasibətlərinin təbiətinə əsaslanan soyuq, siyasi və praqmatik hesablamadır.

Vətəninfo.az Axar.az-a istinadla xəbər verir ki, bunu erməni professor və türkoloq Ruben Melkonyan deyib.

“İsrail məhz Ankara ilə münasibətlərin gərginləşdiyi bir vaxtda, qlobal mediada ajiotaj yaradaraq, qondarma “erməni soyqırımı” məsələsinə diqqət çəkir. Düşünürəm ki, bu qərara yanaşmamız mümkün qədər təmkinli olsaydı, düzgün olardı, xüsusən də İsrail parlamenti tərəfindən hələ təsdiqlənmədiyi üçün. Ermənistan istənilən konfiqurasiya və istənilən məsələnin kontekstində mahiyyət etibarilə həlledici amil deyil. Yəni, İsrail qəbul etsə də, etməsə də, tanısa da, tanımasa da, Ermənistan bu oyunda deyil. Hazırkı vəziyyətdə qondarma “erməni soyqırımı”nın tanınması məsələsi Ermənistan-Türkiyə münasibətlərinə təsir göstərə bilməyəcək”, – o bildirib.

Melkonyan istisna etmir ki, İrəvanın susqunluğu təkcə davam etməyəcək, hətta pərdəarxasında rəsmi şəxslər türkiyəli və azərbaycanlı həmkarlarını baş verənlərlə heç bir əlaqələrinin olmadığına və İsrailin qərarına hər hansı təsir göstərə bilmədiklərinə inandırmağa çalışacaqlar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki