Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olub və qalır, kəskin nəticə çıxarmağın mənası yoxdur, çünki İrəvan Minsk sessiyasında iştirak etmir. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS-a KTMT-nin baş katibi İmanqali Tasmaqambetov məlumat verib.
“Məncə, bu vəziyyətdən (yəni Ermənistan nümayəndə heyətinin Belarusun paytaxtı Minskdə keçirilən KTMT sammitində iştirak etməməsi) kəskin nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalır. Bununla da məncə, hər şey deyilib”. Tasmaqambetov bildirib.
“KTMT Katibliyinin bildiyinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakter daşıyır”, – deyə KTMT-nin baş katibi əlavə edib. “İstənilən halda, bu, müstəqil və suveren dövlətin qərarıdır, ona heç bir başqa dövlət və ya təşkilat təsir edə bilməz. KTMT təşkilatın tamhüquqlu üzvü kimi Ermənistan Respublikasının qərarına hörmətlə yanaşır”.


























