image-bez-nazvaniya-1backend

“Ermənistan müharibədə və danışıq masasında uduzub” – Tofiq Zülfüqarov

image-reklam_sirab_01
“Ermənistan müharibədə və danışıq masasında uduzub” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri sosial şəbəkə hesabından  sabiq nazir Tofiq Zülfüqarov yazıb.
Tofiq Zülfüqarov bildirib ki, ermənilərin indi nə istədikləri bəlli deyil.
“1991-ci ildə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyıb tanımaması barədə nə qədər söz demək olar…. Almatı bəyannaməsinə və ya BMT Nizamnaməsinə görə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bütün ikitərəfli müqavilələrdə qəbul edildiyi kimi,  bu müqaviləni imzalayan tərəflərin bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıması və bir-birinin daxili işlərinə qarışmaması barədə maddə olmalıdır.
İndi müharibədə uduzan Ermənistan  siyasi şou yaradır ki, bu tanınma nə zaman olub” – deyə Tofiq Zülfüqarov qeyd edib.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki