Ermənistan ordusunun Basarkeçər rayonu ərazisində yerləşən mövqelərindən birində erməni əsgərləri arasında dava düşüb. Vətəninfo.az xəbər verir ki, “Jogavurd” qəzetinin yazdığına görə 2002-ci il təvəllüdlü əsgər Razmik Arsakyan mübahisə etdiyi komandirini və onun sürücüsünü güllələyib. Atışma noyabrın 23-də saat 13:20 radələrində olub. Faktı Ermənistan Müdafiə Nazirliyi təsdiq edib.