image-999backend

Ermənistan ordusunda QALMAQAL: Zabitlər etiraza qalxır

image-reklam_sirab_01

Ermənistan ordusunun bir qrup zabiti etiraz aksiyasına başlayır. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“Ermənistan Müdafiə Nazirliyinin zabitləri etiraz aksiyasına başlamaq qərarı veriblər. Orduda ciddi problemlər var. Zabitlərə mükafatlar verilmir. Zabitlər bildirib ki , Müdafiə naziri  Suren Papikyan sentyabr ayından başlayaraq, hər ay dekabr ayına qədər hərbçilərə əməkhaqqının 30%-i, dekabrda isə 13-cü maaşın veriləcəyini söz vermişdi. Lakin bu günə qədər bu pulu ala bimirik. Həmçinin sentyabrın 13-də nazirin qərarı dəyişdirilib, Baş Qərargah rəisinin vasitəçiliyi ilə bütün silahlı qüvvələrə əməkhaqqının 50 faizi miqdarında birdəfəlik mükafatın ayrılması qərara alınıb. Lakin bu günə qədər bu pullar bizə verilmir” -deyə zabitlər bildirib.

Onlar bildirib ki, əgər vəsait onlara ödəniməzsə kütləvi aksiyalara başlayacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki