image-ermeni-esgerbackend

Ermənistan ordusunda xəyanət hallarının artdığı xəbər verilir

image-reklam_sirab_01

Ermənistanın Milli Təhlükəsizlik Xidməti az qala hər ay Ermənistan silahlı qüvvələrində dövlət xəyanəti faktları barədə məlumatlarla çıxış edir.

Bunu AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır.

Azatutyunla söhbəti zamanı Ermənistan Milli Məclisinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından deputatı, müdafiə və təhlükəsizlik komissiyası sədrinin müavini Armen Xaçatryan deyib:

“Biz daha çox vətən xaini ovladığına görə Milli Təhlükəsizlik Xidmətini ittiham etməməliyik. Xüsusilə də belə nəticə əks-kəşfiyyat xidmətinin yaxşı işindən xəbər verir”.

Azatutyunun yazdığına görə MTX yanvarın 31-də xəbər verib ki, 2021-ci ilin aprel-may aylarında Ermənistan silahlı qüvvələrinin xarici xüsusi xidmətlər tərəfindən ələ alınmış zabiti hərbi hissələrdən birinin qərargah rəisi işləyirmiş.

“Azərbaycan böyük resurslar xərcləyir”
Xəbərdə deyilir ki, o xarici ölkənin xüsusi xidmətinin nümayəndəsinə hərbi hissədə olan silahların və hərbi texnikanın sayı, döyüş postlarının yeri barədə məlumatları verib.

MTX-nin məlumatına görə sözü gedən kapitan rütbəli zabit silahların, o cümlədən Hindistandan alınmış hərbi texnikanın şəkillərini çəkirmiş.

MTX zabitin adını hələki açıqlamayıb.

Ermənistan Milli Məclisinin müdafiə və təhlükəsizlik komissiyası sədrinin müavini Armen Xaçatryan Azatutyuna deyib ki, son zamanlarda Azərbaycan Ermənistan silahlı qüvvələri haqqında məlumatların əldə olunmasına böyük resurslar xərcləyir:

“Hazırda düşmənimiz olan ölkələr, o cümlədən Azərbaycan xüsusi bir səylə və xüsusilə böyük resurslardan istifadə etməklə informasiya almağa və Ermənistan Respublikasının daxilində hibrid müharibəsi aparmağa çalışır. Düşmən ölkə bu mübarizəni dəfələrlə gücləndirib”.

Müxalifət belə xəbərlərə şübhə ilə yanaşır
Azatutyun yazır ki, müxalifət dövlətə xəyanət hallarının artmasına dair informasiyalara bir qədər başqa bucaqdan baxır.

Keçmiş prezident Robert Koçaryanın Hayastan fraksiyasından deputat Geğam Manukyan əvvəlcə belə bir sual verir: nə üçün 2021-2022-ci illərdə silahlı qüvvələrdə vətənə xəyanət hallarının ifşaları artıb?

O fikrini belə ifadə edir:

“Bu ilk növbədə düşünməyə əsas verir. Deməli Ermənistanda qırmızı xətlər elə itib ki, vətəni satmaq daha qırmızı xətt hesab olunmur. Milli Məclisin tribunasından, hökumət müşavirələrindən elə azərbaycanyönlü, türkiyəyönlü bəyanatlar verilir ki, bu artıq adi hala çevrilib. İkincisi, araşdırılmalıdır ki, niyə belə xəyanətlər 2021-2022-ci illərdə aşkar olunub? Nəzarətmi azalıb, yoxsa ordunun zabitlərlə, kiçik zabit heyəti, unter-zabit heyəti ilə təchizində iş bu qədər yarıtmazdır?”

Müxalif deputat sonda deyib ki, bütün bunlar hökumətin fəndidir:

“Hökumət demək istəyir ki, orduda bu qədər satqının olması, ordunun bu vəziyyətdə olması hakimiyyətin günahı deyil. Baxın görün nə baş verir? Hakimiyyətin bunda günahı yoxdur və nəhayət görün hakimiyyət necə yaxşı işləyir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki