image-image_750x_638f1937a6612backend

Ermənistan parlamentindən kütləvi imtina: Daha bir deputat istefa verdi

image-reklam_sirab_01

Ermənistan Parlamentindən istefalar davam edir. Vətəninfo.az xəbər verir ki, bu gün daha bir deputat istefa verdiyini açıqlayıb. Deputat Robert Ayrapetyan hökumətin siyasətinə etiraz olaraq istefa verdiyini açıqlayıb.

Xatırladaq ki, bu gün səhər “Ermənistan” alyansının üzvü, İrəvan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Ruben Melkonyan deputat mandatından imtina etdiyini açıqlamışdı.  

Xatırladaq ki, bundan öncə  “Ermənistan” fraksiyasının deputatları Aram Vardevanyan, “Dirçələn Ermənistan” partiyasının üzvləri Vahe Akopyan, Yelena Kirakosyan və Hripsime İstanbulyan da mandatlarından imtina etmişdilər.

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki