image-329126556_1536665363484724_1298236936351159351_nbackend

Ermənistan prezidenti: “Tehran-İrəvan münasibətlərinin dərinləşməsi iki ölkəni daha da gücləndirəcək”

image-reklam_sirab_01
Ermənistan prezidenti Vahaqn Xaçaturyan İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zühuri  qəbul edib. Vətəninfo.az xəbər verir ki,  İran İslam İnqilabının qələbəsinin 44-cü ildönümü ərəfəsində ötən axşam bu qəbul baş tutub.
Ermənistan prezidentinin dəvəti ilə baş tutan görüşdə Xaçaturyan deyib: “Bu gün çox mühüm hadisədir”.
“Bizim çoxəsrlik münasibətlərimiz həmişə dostluq və hörmət üzərində qurulub və biz bu ənənəni davam etdirəcəyik. İki ölkə arasında sıx əlaqələr var və biz əlaqələri daha da dərinləşdirməyə çalışacağıq. Bu, xalqlarımızın maraqlarına xidmət edəcək və ölkələrimizi daha da gücləndirəcək”,-deyə erməni prezident qeyd edib.
Görüşdə habelə İran səfiri iki ölkə arasında ticarət əlaqələrinin sürətlə artması, intensiv siyasi məsləhətləşmələr və iki ölkənin intellektual mərkəzləri arasında əlaqələrin möhkəmlənməsinə toxunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki