“Müasir Qərb texnologiyası ilə silah əldə etmək üçün Ermənistan KTMT və Rusiya ilə əlaqələri kəsməlidir”, – Vətəninfo.az xəbər verir ki, bunu erməni politoloq, hərbi və milli təhlükəsizlik üzrə ekspert Hraçya Arzumanyan bildirib.
Onun fikrincə, indiki geosiyasi şəraitdə bu yol qaçılmazdır və bu addımdan sonra Ermənistanın ABŞ və Fransadan silah alacağına inanır.
“Putindən heç nə gözləməyə ehtiyac yoxdur” -deyə Hraçya Arzumanyan bildirib.
Arzumanyanın sözlərinə görə, Rusiya və KTMT hərbi blokundan heç bir ümid bəsləmək və öhdəliklərin yerinə yetirilməsini gözləməyə ehtiyac yoxdur, çünki bu, “son mərhələdir, bu səhifə bağlanmalıdır”.
Arzumanyan hesab edir ki, 2020-ci il Qarabağ müharibəsi zamanı Moskva Ermənistana kömək etmək istəmədiyi halda, bu gün onun hər hansı bir yardım etməsini gözləmək mənasızdır.