image-image_750x_63aa7d354b8c3backend

Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edib: Erməni nəşrindən SENSASİON İDDİA

image-reklam_sirab_01

“Dekabrın 19-da Britaniya xüsusi xidmətinin rəhbəri Riçard Mur Ermənistana səfər edib və o, hökumətdə baş nazir postunu tutan Nikol Paşinyanla görüşüb. Dekabrın 22-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan, Azərbaycan və Rusiya XİN rəhbərlərinin görüşünün planlaşdırıldığı Moskvaya getməkdən imtina edib. Həmin görüşdə Laçın dəhlizinin  açılması və Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər müzakirə edilməli idi. Dekabrın 25-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ermənistan və Azərbaycan prezidentlərinin MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü üçün Sankt-Peterburqa səfəri planlaşdırılır, lakin üçtərəfli görüş yoxdur.” -Bu fikirləri erməni nəşri “Hraparaq” yayıb.

Nəşr iddia edir ki, Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın Moskva görüşündən imtina etməsi olduqca maraqlıdır.

“Bəli bu dəqiqdir Ermənistan Rusiyanın vasitəçiliyindən imtina edib. Bu Rusiya tərəfinə çatdırılıb” -nəşr yazıb.

“Britaniya kəşfiyyatı rəhbərinin səfərinin Ermənistan hökumətinin xarici siyasət kursunun növbəti dönüşü ilə nə dərəcədə əlaqəsi var, xüsusən də Böyük Britaniya ən sərt anti-Rusiya mövqeyini tutduğunu nəzərə alsaq bu maraqlıdır.Amma bu məlumdur ki, Ermənistan artıq Rusiyanı danışıqlar prosesində görmür” -nəşr yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki