Ermənistan tezliklə sülh müqaviləsi layihəsinin redaktə olunmuş variantını Azərbaycana təhvil verəcək. Vətəninfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
“Biz mətn üzərində işi davam etdiririk və bizim redaktə etdiyimiz versiya tezliklə Azərbaycana ötürüləcək”, – Qriqoryan bildirib.
Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, Ermənistan tərəfi ilin sonuna qədər sülh sazişinin imzalanması üçün bütün səylərini sərf edəcək.