image-330541947_889645075644031_8170438857927965533_nbackend

Ermənistan və İran bu məsələdə razılığa gəlib

image-reklam_sirab_01
Ermənistan və İran humanitar minatəmizləmə sahəsində əməkdaşlıq edəcək. Müvafiq memorandumu Ermənistanın Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin direktoru Vaqinak Sarqsyan və İranın Minatəmizləmə Mərkəzinin rəhbəri Məhəmməd Hüseyn Əmir Əhmədi imzalayıblar. Bu barədə Ermənistanın sözügedən mərkəzinin mətbuat xidməti məlumat verir.
Vətəninfo.az xəbər verir ki, İranın Minalardan Təmizləmə Mərkəzinin rəhbərliyi erməni mərkəzinin işi və imkanları ilə tanış olub. Əhmədi İran nümayəndə heyətinin Ermənistana səfərinin bu sahədə əməkdaşlığın inkişafına təkan olacağına ümid etdiyini bildirib. O, Tehranın genişmiqyaslı və uzunmüddətli əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Bildirilir ki, görüş iştirakçıları İranın beynəlxalq təlim mərkəzində erməni mütəxəssislərin hazırlanması perspektivlərini də müzakirə ediblər.(Armenia Today)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki