Ermənistanın bölgələrində iki yeni “Rus Evi” tərəfdaş mərkəzi açılacaq.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Rossotrudniçestvo” təşkilatının rəhbəri İqor Çayka bildirib.
“Rossotrudniçestvo” ilk dəfə olaraq MDB-də “Rus Evi” tərəfdaş proqramını genişləndirir: Ermənistanda – Artaşat və Aştarakda iki yeni mərkəz açılacaq. Bu gün “Rossotrudniçestvo” rəhbəri Çayka 11 yeni “Rus Evi” tərəfdaş mərkəzinin açılması ilə bağlı müqavilələr imzalayıb. Əvvəllər şəbəkəyə 22 ölkədə 25 tərəfdaş sayt daxil idi.
İki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyəti ilə bağlı suala cavab olaraq Çayka deyib: “Normal münasibətlər, böyük bir ailədə olduğu kimi, fərqli ola bilər.”
Xatırladaq ki, Azərbaycan hakimiyyəti Bakıdakı “Rus Evi”ni qeyri-qanuni fəaliyyət göstərdiyinə görə keçən ilin fevralında bağlayıb.


























