image-bez-nazvaniya-1backend

Ermənistanda daha bir qalmaqallı həbs: Rusiyanın adamı həbs edildi 

image-reklam_sirab_01

Ermənistanda daha bir qalmaqallı həbs reallaşıb. Vətəninfo.az xəbər verir ki, erməni silah alverçisi David Qalstyan maskalı əməliyyatçılar tərəfindən saxlanılıb.

“Hraparak“ qəzeti yazır ki, Qalstyan birbaşa evdən aparılıb və hazırda vəkili ilə birgə Milli Təhlükəsizlik Xidmətindədir. Maraqlı bir məqam isə uzun müddətdir ki, adı cinayətdə hallanan David Qalstyanın indi həbs edilməsidir. Belə ki, erməni mediası Qalstyanı Rusiyanın Ermənistanda ən etibarlı adamı hesab edirdi.

Onun nəyə görə saxlandığı bəlli deyil. Bununla belə, həbsin ordu üçün yararsız raketlərin alınması və keçmiş müdafiə naziri ilə birgə 4,6 milyon dolların mənimsənilməsi işi ilə bağlı olmadığı qeyd edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki