image-armenbackend

Ermənistanda Facebook bloklanır:Armen Qriqoryan nələri gizlədib?

image-reklam_sirab_01

Dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə “Mülki Müqavilə” fraksiyasının deputatları ilə üç saatlıq qapalı görüş keçirib. Vətəninfo. az xəbər verir ki, müzakirədə nələrin müzakirə olunması ilə bağlı” Hraparaq” nəşri sensasion faktları yayıb. Nəşr iddia edir ki, müzakirələrin səbəbi Rusiya- Ermənistan münasibətlərinə həmçinin Ermənistanın Qərbə inteqrasiyana həsr olunub.

“Müzakirələrdən aydın olur ki, Ermənistan çətin durumdadır. Əgər Rusiyaya bir həftə ərzində məlumat verilməsə İrəvanda çevriliş ola bilər. Ermənistanın Qərbə meylənməsi Rusiyanın qəzəbinə səbəb olub. Müzakirələrdə iştirak edən mənbənin sözlərinə görə hökumət çevrilişdən qorxur. Qapalı iclasdan sonra konkret hansı məsələnin müzakirə olunduğunu açıqlamadan bəyanatla çıxış etməsinə baxmayaraq, ümumi məlumat verdilər ki, “Ermənistan ətrafında mövcud təhlükəsizlik vəziyyəti, Ermənistanın təhlükəsizliyinin gücləndirilməsi istiqamətində görülən işlər, həyata keçirilən qanunvericilik siyasəti rəsmi məlumatda təhlükəsizlik sahəsində müzakirələr aparılıb. Lakin öz mənbələrimizdən öyrəndik ki, görüşün məqsədi və müzakirə olunacaq mövzu Ədliyyə Nazirliyi tərəfindən ilin sonunda işlənib hazırlanmış layihədir. “Hərbi vəziyyət haqqında” qanuna hərbi vəziyyət dövründə daha sərt məhdudiyyətlər daxildir. Tezliklə sosial şəbəkələr bağlana bilər.”- nəşr yazır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki