image-ermeni-polisbackend

Ermənistanda kütləvi həbslər başladı

image-reklam_sirab_01

Ermənistan Dövlət Gəlirləri Komitəsinin (DGK) əməkdaşları sahibkarlıq subyektlərindən külli miqdarda rüşvət alarkən tutulublar.

Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, cinayət işində ümumilikdə 15 gömrük əməkdaşı iştirak edir, onlardan 12 nəfəri məhkəmənin qərarı ilə həbs olunub.

Qeyd edilib ki, 2022-ci ilin noyabrından 2023-cü ilin yanvarına qədər bir qrup DGK məmuru müxtəlif malların idxalı ilə məşğul olan iş adamlarına himayədarlıq edib. Biznesmenlər yükdaşımanın real dövriyyəsini və həcmini gizlətmək, habelə vergi və gömrük rüsumlarını ödəməmək müqabilində müfəttişlərə külli miqdarda rüşvət veriblər.

İstintaq zamanı o da müəyyən edilib ki, DGK-nın yüksəkrütbəli məmuru tabeliyində olan işçinin yol verdiyi sui-istifadə hallarını bilə-bilə onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməyib, əksinə ondan pul mükafatı alıb.

İlkin istintaq çərçivəsində 30-dan çox axtarış aparılıb, həmin şəxslərin cinayətdə iştirakını təsdiq edən məlumatlar əldə olunub, həmçinin bir neçə qanunsuz odlu silah götürülüb. İbtidai istintaq davam edir.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki