image-8888backend

Ermənistanda yaşayan Samvel Avetisyan Qarabağa necə gəlib? – İDDİA

image-reklam_sirab_01

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin, eko-fəalların və könüllülərin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq on ikinci gündür davam edir. Belə demək mümkünsə yol bağlıdır. Yalnız humanitar yüklər bu yoldan keçə bilir. Maraqlıdır onda qondarma rejimdə dünən “səhiyyə naziri” təyin edilən Samvel Avetisyan  Qarabağa necə gəlib? Vətəninfo.az xəbər verir ki, erməni sosial şəbəkəsində Samvel Avetisyanın Rusiya sülhməramlılarının humanitar yük adı ilə apardığı maşında Qarabağa keçməsi barədə məlumat yayılıb.

Yəqin ki, Samvel Avetisyanın Qarabağa necə gəlməsinə Rusiya sülhməramlılarının komandanlığı aydınlıq gəirəcək.

Xatırladaq ki,  Samvel Avetisyan  dekabrın 11-də İrəvanda tədbirdə iştirak edib. Onun Xankəndinə hansı yolla daxil olması isə müəmmalıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki