Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimirin məhkəmə prosesi başa çatıb.
Şirvan Apellyasiya Məhkəməsində hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən ona 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, Çex Respublikasının vətəndaşı Baça Daniel Vladimir Ermənistan- Azərbaycan dövlət sərhədini qanunsuz keçərkən saxlanılıb.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi cərçivəsində ona Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə ittiham irəli sürülüb.