image-default-1backend

Ermənistanın Avropa ümidləri: Qərb Azərbaycandan niyə asılıdır?

image-reklam_sirab_01

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerji haqqında sazişin imzalanması zamanı növbəti dəfə çıxış edərək, etibarlı enerji tərəfdaşı kimi Azərbaycanı alqışlayıb. Vətəninfo.az xəbər verir ki, o çıxışında bu tərəfdaşlıq sənədini qərbin xilası adlandırıb.

“Bu saziş Avropa İttifaqını Cənubi Qafqaz regionundakı tərəfdaşımıza yaxınlaşdıracaq və regionlarımıza ekoloji cəhətdən təmiz enerjiyə keçidə kömək edəcək. Rusiya ilə müharibə başlayandan bəri biz Rusiyanın qalıq yanacaqlarından üz döndərməyə və burada iştirak edən tərəfdaşlarımız kimi etibarlı enerji tərəfdaşlarına şaxələndirməyə qərar verdik”, – deyə von der Leyen sazişi imzalayan ölkələrə istinad edərək bildirib.

Müqavilə Qara dənizin dibi ilə Gürcüstan və Rumıniya ərazisindən keçməklə Azərbaycanı Macarıstanla birləşdirəcək kabel xəttinin çəkilməsini nəzərdə tutur.

Azərbaycan dəniz külək stansiyalarından Gürcüstan üzərindən Avropaya elektrik enerjisi ixrac etməyi planlaşdırır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki