Ermənistan Respublikasının polisi hələ də nazirliyə çevrilə bilməyib və baş nazir Nikol Paşinyanın komandası artıq nazir axtarışı və namizədlərin lobbiçiliyi prosesinə başlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazır. “Hakimiyyətə yaxın mənbələrdən məlum olub ki, hazırda daxili işlər naziri vəzifəsinə 4 iddiaçının adı səslənir. Bunlar Dövlət Nəzarəti Xidmətinin rəhbəri Romanos Petrosyanın , fövqəladə hallar naziri Armen Pambuxçyan, hakim partiyadan olan deputat Armen Xaçatryan .
Erməni nəşri bildirir ki, indi Nikol Paşinyan tərəddüd içərisindədir. “Kimi nazir təyin etsin?”- nəşr yazıb.