image-1backend

Ermənistanın milli aviadaşıyıcısı uçuşları dayandırdı – İflas etdilər

image-reklam_sirab_01

Ermənistanın ən böyük  aviadaşıyıcısı “Fly Arna”  fəaliyyətini dayandırır. Vətəninfo.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.  Ermənistanın “Joqovurd” qəzeti yazır: “Joqovurd” qəzetinin verdiyi məlumata görə, dekabrın 2-dən 4-dək olan müddətdə “Fly Arna” aviadaşıyıcısının Ermənistandan uçuşları dayandırması barədə qərar qəbul ediləcək. Şirkətin təşkilati və maliyyə məsələləri ilə bağlı çox ciddi problem var.

Mənbələrimiz bildirir ki, bu aviadaşıyıcı [Ermənistanın] mülki aviasiya sahəsinə gəlib fəaliyyətə başlayanda Davit Papazyan həmin dövrdə Fly Arna şirkətinin direktoru olub. Müvafiq ixtisası olmayan müxtəlif insanları işə götürür, onlara böyük vəzifələr verir, yüksək maaş verirdi. Bu şirkət dövlət vəsaiti alıb və bunun üçün təşkilat Dövlət Nəzarəti Xidməti tərəfindən yoxlanılıb; bütün sənədlər və aşkar pozuntular götürülərək baş nazir Nikol Paşinyana təqdim edilib. Və məhz buna görə də ciddi fikir ayrılıqları yaranıb və Paşinyan belə bir qərar verib ki, bu şirkət uçuş həyata keçirməsə, daha yaxşı olar.

Bu şirkətin uğursuzluğu həm də İrəvanın meri Tiqran Avinyanla bağlıdır, çünki o, bu şirkətin Ermənistanda uçuşlar həyata keçirməsinə vasitəçi olub.

Onu da əlavə edək ki, şirkət 2021-ci il dekabrın 10-da Ermənistan Milli Hava Yolları QSC-dən dövlət qeydiyyatını alıb və “Fly Arna” brendi ilə təmsil olunur. Dövlət reyestrinə əsasən, aviaşirkətin 3 səhmdarı olsa da, özünü milli aviadaşıyıcı kimi təqdim edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki