image-bf8ba8f754d20c5f6fbacceaa1eca125backend

Ermənistanın ŞOK İTKİLƏRİ açıqlanıb

image-reklam_sirab_01

Bu il Ermənistan silahlı qüvvələrində döyüş və qeyri-döyüş şəraitində itkilərin sayı 265 nəfərə çatıb. 140-160 kvadratkilometrlik ərazi də artıq Ermənistanın nəzarətində deyil.

Vətəninfo.az erməni mediasına istinadən xəbər verir ki, bu statistika Ermənistanın müxalifətdə olan Respublika Partiyasının sədr müavini (Serj Sərkisyandır – red.) Armen Aşotyan tərəfindən dekabrın 28-də jurnalistlərlə görüşündə səslənib.

“Ermənistan Qarabağı tərk edib. Biz Ermənistanla erməni xalqı arasında fərq qoymağa məcburuq. Ermənistan Respublikası 2 ildir ki, öz xalqını təmsil etmir”, – deyə o bildirib.

“Paşinyan hələ də hakimiyyətdədir və bu, ermənilərə və dövlətə qarşı ədalətsizlikdir”, – deyə keçmiş təhsil naziri qeyd edib.Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki