Tanınmış jurnalist Əvəz Zeynallın vəfat edib.
Vətəninfo.az xəbər verir ki, buu barədə vəkil Rəşad Vaqifoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Vəkil paylaşımında Əvəz Zeynallının vəfatından kədər hissi keçirdiyini bildirib.
“Əvəz Zeynallı vəfat etdi. Ruhun şad olsun, əziz dost, əziz qardaş!!!” – deyə Rəşad Vaqif oğlu qeyd edib.
Əvəz Zeynallı uzun illər jurnalistika sahəsində fəaliyyət göstərən və ictimai-siyasi mövzuların işıqlandırılmasında tanınan simalardan biri idi.
Ruhu şad olsun!


























