image-img-20221102-wa0040backend

Eyyub Kərimli: “Dalana dirənən İran Ermənistana nə vəd edə bilər?

image-reklam_sirab_01

“Hazırda məlum olduğu kimi, Ermənistan – İran arasında qaz sazişi və qaz idxalı ilə bağlı yeni sazişlərin bağlanması nəzərdə tutulur. Ermənistan İrandan qaz idxalını 43 faiz artırmaq niyyətindədir. Hazırda İrandan Ermənistana gündəlik 1 milyon kub.m qaz idxal edilir ki, bu da ümumən Ermənistanın hazırkı qaz idxalının 15 fazini təşkil edir. Bilindiyi kimi Ermənistan əsasən qaz təhcizatını Rusiyadan alırdı.  Ermənistanla İran arasında bu ilin sonuna qədər ticarət dövrüyyəsinin üç milyard dollara qədər artırılması nəzərdə tutulur və bu ötən ilin göstəricilərinə nisbətdə üç dəfə çoxdur. Bu hal bizə onu deməyə əsas verir ki, Ermənistan artıq Rusiyadan ucuz qaz ala bilmir”.

Vətəninfo.az xəbər verir ki, bunu saytımıza açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli bildirib. Ekspert vurğulayıb ki, belə olduqda Ermənistan İrana üz tutub: “Sözsüz ki, Ermənistan üçün daha münasib olardı Azərbaycanla və Türkiyə ilə iqtisadi münasibətlərini qursun. Çünki ki, İran bilindiyi kimi dünyadan təcrid olunmuş bir ölkədir. İran iqtisadiyyatının tənəzzülə uğramasını biz daha çox müşahidə edirik. Getdikcə İran iqtisadiyyatında ciddi eniş dövrü müşahidə olunacaq. İkinci tərəfdən bu cür iqtisadi əlaqələr, yəni İranla əlaqələrin artırılması Ermənistanın beynəlxalq təcridinə səbəb ola bilər. Çünki bilirsiniz ki, İrana uzun illərdir embarqolar tətbiq olunur. İndiki dövrdə İranın bank sistemi normal fəaliyyət göstərmir. Ermənistan İran yaxınlaşması da, Paşinyan hökumətinə qarşı sankisya tətbiq edilməsi ilə nəticələnə bilər. “.
Eyyub Kərimlinin sözlərinə görə, İrandan fərqli olaraq, Ermənistan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolu tutarsa, bu onların gələcək iqtisadi imkanlarını və tranzit imkanlarına müsbət təsir göstərə biləcək: “Çünki bildiyiniz kimi gələcəkdə bu bölgə daha çox loqistik və nəqliyyat imkanları böyüyür. Bu həm Şimal-Cənub, həm də Şərq-Qərb istiqaməti üzrə gedəcək böyük nəqliyyat yük axınının qovşağında yerləşir. Ermənistan Azərbaycan və Türkiyə ilə səmərəli iqtidadi əlaqələr qursa, bu onların iqtisadiyyatının dirçəldə bilər. “.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki