image-318731657_1148953229064642_5876863000702469917_nbackend

Fars  rejimi 17 yaşlı azərbaycanlı qıza  edam cəzası verdi

image-reklam_sirab_01
Hazırda İslah Mərkəzində saxlanılan  17 yaşlı azərbaycanlı qız Sonya Şərifi cəzası edam olan “hakimiyyətə qarşı qiyam”da ittiham olunub. Vətəninfo.az xəbər verir ki, noyabrın 28-də 17 yaşlı Sonya Şərifi təhlükəsizlik qüvvələri tərəfindən nənəsinin evində həbs edilib.
O, tutularkən vəhşicəsinə döyülüb.
Müstəntiqlər Sonyanı Molotov kokteyli hazırlaması və şüarlar yazması ilə bağlı məcburi etiraflar etməyə məcbur ediblər.
Prokurorluqdan ailəyə qızlarının dosyesi ilə bağlı dəqiq məlumat verilmir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki