“Qalatasaray”ın və Türkiyə Milli Futbol Komandasının sabiq baş məşqçisi Fatih Terim Monako Knyazlığının təşkil etdiyi “Qızıl Ayaq” mükafatlandırma mərasimində əfsanələrdən biri olub. Vətəninfo.az xəbər verir ki, ayaq izi Monako Knyazlığında məşhur Çempionlar Yolu üzərində olacaq Terim, Qızıl ayaq əfsanələri mükafatını alan ilk türk məşqçi olmağı bacarıb.
Qalatasarayda UEFA Kuboku və 8 Super Liqa çempionluğu qazanan və 2008-ci ildə Milli Futbol Komandasını Avropada 3-cü yerə çatdıran Terim bu mükafatı alan ilk türk məşqçi olub. “Barselona”nın polşalı hücumçusu Robert Levandovski də 2022-ci il “Qızıl Ayaq” mükafatını qazanıb.
“Qızıl Ayaq Əfsanələri” mükafatını alanlar arasında Pele, Dieqo Armando Maradona, Eysebio, George Best, Ferenc Puskas, Gerd Müller, Alfredo Di Stefano, Karl-Hainz Rummenigge, Franz Beckenbauer, Eric Cantona, Zineolo Zidane kimi adlar var. .