image-14353e44-4410-4367-844b-634121a9e73abackend

Fazil Mustafa: Təyyarə biletlərinin qiymətinin  baha olmasının əsas səbkarı Cahangir Əsgərovdur -ÖZƏL 

image-reklam_sirab_01

Azərbaycan Hava Yolları QSC-in rəhbəri Cahangir Əsgərovun vəzifəsindən azad edilməsi ilə bağlı xəbərlər yayılıb.

Milli Məclisin iclaslarında davamlı olaraq, AZAL Dövlət Konsernin qiymət siyasətini tənqid edən Böyük Quruluş Partiyasını  sədri, millət vəkili Fazil Mustafa Vətəninfo.az-a bildirib ki, Cahangir Əsgərovun AZAL-dan uzaqlaşdırılması çox müsbət addım olardı. Millət vəkilinin sözlərinə görə,  AZAL-ın tətbiq etdiyi bahalı qiymət siyasətinə dövlətin apardığı siyasətə ziddir.

“Təyyarə biletlərin belə baha olmasının əsas səbəbkarı məhz  Cahangir Əsgərovdur. Onun vəzifəsindən uzaqlaşdırılması, müəyyən qədər bu sahədə də dəyişikliklərin olması üçün ümidlər yarana bilər.”- deyə millət vəkili bildirib.

“Niyə də bu dəyişikliklər olmasın? İnsanların normal, digər ölkələrdə olduğu kimi sərfəli şərtlərdə bilet alma imkanları olmalıdı. Azərbaycandan təkcə bu gün on minlərlə tələbə qardaş Türkiyədə təhsil alırlar.Eyni zamanda müxtəlif vətəndaşlarımız müalicə məqsədi ilə Türkiyəyə üz tutur. Amma qiymətlərin baha olması, insanlarda dövlətin bu sahədəki siyasətinə etirazlar kifayət qədər böyük idi. Ona görə də , hesab edirəm ki, AZAL  bütün bu narazılıqları diqqətə almalı, qiymət siyasətinə yenidən baxmalıdır”.-deyə Fazil Mustafa bildirib.Vətəninfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki