image-downloadbackend

FBİ Kanadada üç iranlı biznesmeni axtarır

image-reklam_sirab_01
Kanadanın CBC telekanalının yaydığı xəbərə görə, üç iranlı iş adamı Tehran rejiminə sanksiyalardan yayınmağa yardım etməkdə ittiham olunduqları üçün ABŞ-ın Federal Təhqiqat Bürosu tərəfindən axtarışa veriliblər.
Vətəninfo.az xəbər verir ki, Kanadada yaşayan həmin şəxslər İrana ABŞ sanksiyalarından yan keçməyə yardım etmək məqsədi ilə yüz milyonlarla dollar gizlətməkdə günahlandırılırlar.
“Həmin üç nəfər Kanadada sanksiyaları pozmaqda və ya qeyri-qanuni fəaliyyət göstərməkdə ittiham edilmir. Ancaq ABŞ-da mühakimə olunsalar, onları 20 ilə qədər həbs gözləyir”,-telekanal qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki