Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Türkiyədə titul qazanıb.
36 yaşlı mütəxəssisin idman direktoru olduğu “Fomget” qadınlar arasında Superliqanın qalibi olub.
Paytaxt təmsilçisi finalda “Fənərbağça”nı 4:2 hesabı ilə məğlub edib.
Siyasət Əsgərov ötən ilin avqustunda “Fomget”də idman direktoru vəzifəsinə təyinat alıb.